GƏNCƏDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞ
Region

GƏNCƏDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə uyğun olaraq, dövlət qurumları Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirirlər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Aparatın məsul əməkdaşları bir qrup şəhid ailələri ilə görüşüblər. Görüşdə iştirak edən şəhid ailələrinin müraciətləri fərdi qaydada dinlənilib. Səslənən müraciətlərin, dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəziləri isə nəzarətə götürülüb.  Şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".