Fransada məscid irqçilərin hücumuna məruz qalıb
Dünya xəbərləri

Fransada məscid irqçilərin hücumuna məruz qalıb

Fransanın Lion şəhərində məscidin irqçi hücuma məruz qaldığı bildirilib.

"Respublika" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Lionun ən qədim məscidi olan Krua-Rus səmtindəki Koba məscidinə irqçi hücum edilib.

Məscidin divarlarına İslam əleyhinə təhqiramiz ifadələr yazılıb.

Fransa İslam Şurası (CFCM) X hesabındakı paylaşımında məscidə irqçi hücumu "ən güclü" şəkildə pisləyib.

Məscid camaatı və idarəçiləri ilə həmrəylik mesajı verən CFCM Fransadakı bütün məscidləri oxşar “nifrət hücumlarına” qarşı ehtiyatlı olmağa çağırıb.

Arzu BAXŞIYEVA,

"Respublika".