Ermənistanda faşizm ideologiyası ifrat həddə çatıb
Digər xəbərlər

Ermənistanda faşizm ideologiyası ifrat həddə çatıb

Ermənistan  sülh prosesini məqsədli olaraq uzadır. Paşinyan rejimi sülhlə bağlı dünyaya mesajlar versə , Cənubi Qafqazda Ermənistan amili hələ təhdid olaraq qalırBaş verən bütün hadisələrin təhlilləri göstərir ki, Ermənistanda dövlət səviyyəsində faşizm ideologiyasının təbliğatı hələ davam edir. "Nemezis" abidəsinin ucaldılması haylara soyqırımı siyasətini aşılamaqla yanaşı, onların faşizm neofaşizm ilə bağlı təsəvvürlərini möhkəmləndirmək məqsədi daşıyır.

Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında Daşnaksütyun partiyası İrəvanda keçirdiyi IX qurultayda "Nemezis" terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi "Nemezis"in siyahısına Türkiyənin Azərbaycanın 650 nəfər dövlət xadiminin ziyalısının adları salınmışdı. Onlardan 41 nəfər "əsas günahkarlar" elan edilmişdir. Əməliyyatın icrası üçün Şaan Satçaklyanın rəhbərliyi ilə xüsusi fond yaradıldı. Bütün informasiyanın toplanması özünü türk tələbə kimi qələmə verən Qraç Papazyana tapşırıldı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qruplar adları siyahıda olan şəxsləri axtarıb tapır qətlə yetirirdilər.

"Nemezis" terrorunun qurbanı olan ailələrin dəfələrlə müraciətlərinə baxmayaraq, Osmanlı dönəmində həyata keçirilən bu qətliamlara, qırğınlara dünya ictimaiyyəti heç bir münasibət bildirməyib. Hətta bütün bunlara rəğmən haylar hələ   24 aprel "qondarma" soyqırımından danışır, qlobal məkanda bu saxtakarlığı təbliğ edirlər. Türk diplomatlarının onların ailə üzvlərinin ölümü ilə nəticələnən qanlı terror aktının müasir dünyamızda bu şəkildə ört-basdır edilməsi, beynəlxalq hüquq təşkilatlarının heç bir addım atmaması növbəti ikili standartların bariz nümunəsidir. Buna görə Ermənistan bu cür təxribatların sayını artırır, daha da şirnikləşir. Açılışın erməni mətbuatında təqdim olunma tərzi onu göstərir ki, Ermənistan hələ təxribatçı əhvali-ruhiyyədədir Ermənsitanın xisləti heç bir zaman dəyişməyəcək.

Nikol Paşinyan bir tərəfdən Azərbaycan Türkiyə ilə münasibətləri stabilləşdirməyi dilə gətirsə , digər tərəfdən terrorçulara abidə qoyur. Lakin "Nemezis" abidəsinin açılışı Ermənistana heç qazandırmadı, əksinə, bir çox şeylərin itirilməsinə səbəb oldu. Hər halda Türkiyənin hava məkanını yenidən Ermənistanın üzünə bağlaması hayların turizm gəlirlərini əlindən almış olur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hava məkanının məhz abidənin qoyulması səbəbindən bağlandığını təsdiqlədi: "Ermənistanda "Nemezis" abidəsinin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik".

Ermənistanın daxilində məsələ ilə bağlı fikirlər birmənalı olaraq mənfidir. Erməni ekspert Karine Xodikyan verdiyi açıqlamalarda abidənin qoyulmasının lazımsız olduğunu bildirib. Xodikyan Ermənistan hakimiyyətinə müraciət edərək 20 il ərzində "Nemezis" abidəsinin qoyulmaması barədə sual veribO hesab edir ki, abidənin ucaldılması qoyulması Ermənistanın zərərinədir. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Azatutyun" radiosuna müsahibəsində etiraf edib ki, "Nemezis" abidəsinin qoyulması guya onun istəyi xaricində reallaşdırılıb. O, bu qərarın hökumət tərəfindən verilmədiyini bildirib.

Paşinyan hakimiyyəti Türkiyə Azərbaycanla əlaqələr qurmaq istəyini bildirsə , ölkə daxilində baş verənlər tamamilə bunun əksini göstərir. Xüsusən bir terror hərəkatına onun "qəhrəmanlarına" abidə qoyulması qəbuledilməzdir. Belə olduğu halda, Türkiyə hayların bu çirkin addımına adekvat cavab vermiş oldu. Paşinyan rejimi bu abidəni İrəvan meriyasının  qoyduğunu bildirərək məsələdən öz yaxasını çəkməyə çalışsa da şəksiz ki, bu məsələ hökumətlə razılaşdırılmadan həyata keçirilə bilməzdi. Bəlkə Ermənistan hökuməti Türkiyənin bu şəkildə sərt reaksiyasını gözləmirdi Paşinyan buna görə geri addım atdı. Bu, Ermənistanın ikiüzlülüyünü, riyakarlığını ortaya qoyur.

Ermənistan həqiqətən münasibətlərin normallaşmasını istəyirsə, "Nemezis" abidəsini sökdürməlidir. Artıq Azərbaycan Türkiyədə kifayət qədər ictimai rəy yaranıb rəsmilər  Ermənistana müraciət edərək öz narazılıqlarını bildirirlər. Paşinyanın "Nemezis" abidəsini sökdürməkdən başqa çıxış yolu yoxdur. Ermənistan bilməlidir ki, onun gələcəyi Azərbaycana Türkiyəyə olan münasibətinin müsbət şəkildə dəyişməsi ilə bağlıdır. Azərbaycana Türkiyəyə qarşı ərazi iddialarını, terror düşüncələrini, təxribatları davam etdirəcəksə, Ermənistan məhv olmağı göz önünə almalıdır. Fransanın Avropanın bəzi qərəzli ölkələrinin  Ermənistanı şirinikləşdirməsi erməniləri uçuruma aparır. Onlar Ermənistandan Rusiyaya təzyiq üçün maşa olaraq istifadə edirlər. Lakin haylar dərk etməlidirlər ki, regional güc Azərbaycan Türkiyənin əlindədir. Bu sarsılmaz qardaşlığın önündə heç kim dayana bilməz.

Nurlan ABDALOV,

"Respublika".