Ərdoğan və Putin bu gün Soçidə görüşəcək
Region

Ərdoğan və Putin bu gün Soçidə görüşəcək

Bu gün Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

"Respublika" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Bildirilib ki, iki ölkə liderlərinin əsas müzakirə mövzusu “Taxıl sazişi”nin bərpası olacaq.

V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.
Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Nəzrin ELDARQIZI,

"Respublika".