Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-ci G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün bu gün Hindistana gedir.
"Respublika" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, G20 Liderlər Sammitində prioritet gündəm Rusiya-Ukrayna müharibəsi olacaq. Bundan başqa, dünyanın üzləşdiyi risklər, xüsusilə də qlobal enerji və qida mövzularının müzakirə olunacağı gözlənilir.
Nəzrin ELDARQIZI,
"Respublika".