“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498; 2007, № 11, maddə 1114; 2009, № 12, maddə 977; 2011, № 2, maddə 84; 2014, № 3, maddə 242; 2017, № 6, maddə 1116, № 7, maddə 1317; 2020, № 6, maddə 690, № 7, maddə 881, № 12 (I kitab), maddə 1501; 2021, № 6 (I kitab), maddə 567, № 11, maddə 1219; 2023, № 7, maddə 949) 2-ci hissəsinin beşinci abzasında “34-cü maddəsinin ikinci” sözləri “34-cü maddəsinin üçüncü” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 oktyabr 2023-cü il.