Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında və “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 978-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883, № 9, maddə 1463, № 11, maddə 1807; 2017, № 3, maddə 370, № 5, maddə 757, № 7, maddə 1377, № 10, maddə 1804, № 12 (I kitab), maddə 2293; 2018, № 6, maddələr 1231, 1239, № 7 (I kitab), maddə 1489, № 12 (I kitab), maddə 2552; 2019, № 1, maddə 95, № 6, maddə 1044, № 7, maddə 1248, № 11, maddə 1699; 2020, № 5, maddə 561; 2021, № 7, maddə 735, № 12, maddə 1401; 2022, № 5, maddə 441, № 12, maddə 1404) 2.2-ci bəndindən “, 25.2-ci, 25.2.1-ci və 25.2.2-ci” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 870; 2014, № 12, maddə 1630; 2016, № 7, maddə 1315; 2018, № 8, maddə 1678; 2019, № 11, maddə 1699; 2022, № 5, maddə 521, № 8, maddə 900) 2.5-ci bəndi ləğv edilsin.

3. Bu Fərman 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 avqust 2023-cü il.