Əhalinin müddətli əmanətlərində yüksəlmə davam edib
İQTİSADİYYAT

Əhalinin müddətli əmanətlərində yüksəlmə davam edib

Fiziki şəxslərin (əhalinin) banklardakı cəmi əmanətləri (depozitləri) 2021-ci ilin avqust ayında 39,3 milyon manat miqdarında aşağı düşüb. Bu, tələbli depozitlərin azalması ilə əlaqədardır, sabit maliyyələşmə mənbəyi olan əhalinin müddətli əmanətlərində artım avqust ayında da davam edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, 2021-ci il iyul ayının sonunda fiziki şəxslərin əmanətləri 8 milyard 439,5 milyon manat ikən, avqust ayının sonunda 8 milyard 400,2 milyon manat təşkil edib. Avqustda tələbli depozitlər 117,3 milyon manat azalaraq 3 milyard 232,7 milyon manata düşüb, müddətli depozitlər isə 78 milyon manat artaraq 5 milyard 167,5 milyon manata çatıb. İyulda müddətli əmanətlər 82,3 milyon manat artmışdı. Ötən ilin sonu ilə müqayisədə (8 ayda) əhalinin müddətli əmanətləri 378,3 milyon manat artıb.

Bəybala BƏYBALAYEV,

“Respublika”.