DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir
Məlumat

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir

27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Unutqanlıq qorxunc bəladır" adlı tamaşa səhnələşdirmişdir.

DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırım və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olmuşdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti.