DSMF sədri: Pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir
Sosial həyat

DSMF sədri: Pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir

Pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir. İndeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək.

“Respublika” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.

H.Məmişov qeyd edib ki, mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının bu istiqamətdə tapşırıqları var.