DSMF: Aprel ayında 193,5 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib
İqtisadiyyat

DSMF: Aprel ayında 193,5 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib

Bu ilin aprel ayında ailə başçısını itirməyə görə 193,5 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Bu barədə "Respublika"-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 134,9 min nəfərdən çox şəxs pensiya, 58,5 min nəfərdən çox şəxs isə müavinət alıb.