Dövlət siyasətinin əsas istiqamətlərindən biri elmi kadrların hazırlanmasıdır
Digər xəbərlər

Dövlət siyasətinin əsas istiqamətlərindən biri elmi kadrların hazırlanmasıdır

Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri ölkənin elmi-texniki potensialının inkişafından, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, cari ilin əvvəlində ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik olan 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlardan 54,2 faizi qadın olmaqla 3277 nəfər təhsil almışdır. Təhsil alanların 79,7 faizi fəlsəfə, 20,3 faizi isə elmlər doktoru proqramları üzrə təhsil almışlar.

Təhsilalanların 33,8 faizi elmi müəssisə və təşkilatlarda, 66,2 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil almışdır. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 31,4 və 68,6 faiz, elmlər doktoru proqramı üzrə isə 43,2 və 56,8 faiz təşkil etmişdir.

Doktorantlardan 149 nəfər filologiya, 85 nəfər iqtisad, 71 nəfər texnika,  56 nəfər tibb, 44 nəfər biologiya, 34 nəfər kimya, hər birində 33 nəfər olmaqla 66 nəfər aqrar və tarix, 27 nəfər sənətşünaslıq, 25 nəfər hüquq, 23 nəfər siyasi elmlər, 20 nəfər yer elmləri, 14 nəfər riyaziyyat, 12 nəfər pedaqogika, 39 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.                                                                  

                                                                                                  “Respublika”.