“Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə toplantısı” keçirilir
İqtisadiyyat

“Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə toplantısı” keçirilir

Ötən il Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” artıq icra olunur.

"Respublika" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov “Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə toplantısı” zamanı çıxışında deyib.

Azər Əhədov bildirib ki, artıq strategiyanın müvafiq bəndləri üzrə aidiyyəti müvafiq qurumlar üzrə icrası həyata keçirilir.

“Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə toplantısı”nda dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi aparmaq və qurumlararası kommunikasiyanı gücləndirilmək məqsədilə mütəmadi şəkildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təşkil olunub. Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edir.

Tədbir yeni təhdidlər, onların həll yolları və dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə davam edəcək.