DİN ötən gün təhvil götürdüyü silah-sursatı açıqlayıb
Gündəm

DİN ötən gün təhvil götürdüyü silah-sursatı açıqlayıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, dekabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 tapança, 1 qumbara, 4 patron darağı, 106 ədəd müxtəlif çaplı patron və 13 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd qumbara, 1 tapança, 10 tüfəng, 8 ədəd müxtəlif çaplı patron götürülüb.