Oktyabrın 23-də Tehranda
Gündəm

Oktyabrın 23-də Tehranda "3+3" formatında görüş keçiriləcək

Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın və Ermənistanın xarici işlər nazirləri oktyabrın 23-də Tehranda görüşəcəklər.

İranın İRNA dövlət informasiya agentliyinin yayımladığı məlumata əsasən, 3+3 formatında keçiriləcək görüşdə Cənubi Qafqazdakı vəziyyət və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdə Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqları əsas mövzu olacaq.