DİM: Əlavə müsabiqənin nəticələrinə əsasən, 319 nəfər magistraturada, 1800 nəfər bakalavriat səviyyəsində pulsuz təhsil alacaq
Gündəm

DİM: Əlavə müsabiqənin nəticələrinə əsasən, 319 nəfər magistraturada, 1800 nəfər bakalavriat səviyyəsində pulsuz təhsil alacaq

2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdı. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

"Respublika"  Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir ki, əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib.

Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.