Utanmağa üz gərəkdir və yaxud əbədi daşların fəryadı
Gündəm

Utanmağa üz gərəkdir və yaxud əbədi daşların fəryadı

Yaxın günləri xatırlayaq. Xankəndini və ətraf əraziləri tərk edən ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən keçərkən azərbaycanlı jurnalistlərə bildirirdilər ki, bizə heç kəs təsir etməyib, könüllü gedirik, bəziləri də etiraf etdilər ki, rəhbərlərimiz bizi buna vadar etdilər, lap bir qoca hay isə "Allah haqqı, erməni millət deyil" söyləyərək onları ifşa etdi. Bütün dünya gördü ki, sentyabrın 19-da keçirilən və 23 saat davam edən antiterror tədbirlərində heç bir mülki erməni zərər görmədi, mülki obyektlərə, hayların evlərinə, əmlakına zərrə qədər ziyan vurulmadı. Əksinə, əsgərlərimiz və polis işçilərimiz xəstə, baxımsız qalmış yaşlı ermənilərə qayğı, yardım göstərdilər, onları yeməklə, su ilə təmin etdilər. Sərhəddən keçən erməni ailələrinə də su və digər ərzaq məhsulları paylanıldı.

Bu insani münasibətə sonradan bəzi ermənilər başqa don geyindirərək azərbaycanlıları etnik təmizləmədə ittiham etdilər. Belə haqsızlığı görəndə el arasında yayılmış məşhur bir məsəl yada düşür, "çörəyimizin duzu yoxdur". Erməniliyin mahiyyəti belə naqisliklərlə, yalanla, böhtanla formalaşıb, qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Məşhur isveç səyyahı Adam Mets deyib ki, ermənilər ağ insanlar arasında ən pis qullardır. Onların zəif qaməti və çirkin ayaqları var. Heç bir şeydən utanmırlar, oğurluqla tanınırlar. İnsan hüquqlarının pozulmasından dəm vurdular. Separatçıların onlara öyrətdikləri yalan və böhtan atmaqdan utanmadılar, axı utanmağa üz gərəkdir, o da onlarda yoxdur.

1988-ci ildən başlayan hadisələrin şahidi olmuşam, əzəli və əbədi torpaqlarımızdan daşnakların qanlı əlləri ilə deportasiya edilən, illər uzunu qazandığı var-dövləti bir anda itirən, erməni quldurları tərəfindən yollarda törədilən terror hadisələrində həlak olan qocaların, qadınların, uşaqların zülmü, sitəmi, 200 min nəfər azərbaycanlının üzləşdiyi faciə bu gün erməniləri müdafiə edən beynəlxalq təşkilatların, haqdan və hüquqdan danışan Avropanın heç tükünü belə tərpətmədi. Ermənilər tərəfindən insanlığa sığmayan, faşist təfəkkürün iyrənc forması ilə azərbaycanlılara qarşı törədilən qətliamları, sürgünləri, insanların diri-diri torpağa gömülməsini görməzdən gəldilər, kar oldular eşitmədilər, lal oldular susdular. Bu ayrı-seçkiliyi uzun illər ərzində müşahidə etmişəm. 1992-ci ilin fevralında erməni separatçıların və daşnakların Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımı, qışın şaxtasında körpələrin, qocaların, qadınların acı taleyi, düzlərin, daşların fəryadı bu gün erməniləri müdafiə edənlərin vicdansızlığını, irqçiliyini, mövqesizliyini yerdən-yerə vurur. Azərbaycan xalqı bütün bu haqsızlıqlara mərdliklə sinə gərdi, öz liderinin ətrafında sıx birləşərək İkinci Qarabağ müharibəsində otuz illik erməni işğalına son qoydu, ərazi bütövlüyünü təmin etdi. Şəhidlər verdik, yaralılarımız oldu. Böyük bir erməni bəlasına, erməni əsarətinə birdəfəlik son qoyaraq erməni taununun kökünü kəsdi. Döyüş meydanında uduzan, dizi yerə dəyən, beli əyilən, məğlub olan Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Rəsmi Bakı separatçılara və daşnak haylara üç il fürsət verdi, barış əlini uzatdı, lakin laqeydliklə, başqa kölgədə daldalananların təpkisi ilə qarşılaşdı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Qarabağda lokal antiterror tədbirləri keçirməklə öz ərazisindən erməni separatçıları və qanunsuz silahlı birləşmələri tamamilə çıxardı. Bununla da, Azərbaycan Ermənistan və havadarlarının pas tutmuş xəyallarını, hayların bu günə qədər törətdiyi bütün təxribatçı əməlləri iflasa uğratdı. Artıq Ermənistana havadarlarının da köməyi dəymir, Azərbaycan bölgədə yeni reallıq yaradıb. Siyasətçilər də hesab edirlər ki, Ermənistanın yeganə çıxış yolu rəsmi Bakının təklif etdiyi sülh müqaviləsini imzalamaqdır.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın keçirdiyi 23 saatlıq antiterror tədbirləri dünya mediasında geniş təhlil olunur, nüfuzlu hərbi ekspertlər bildirirlər ki, antiterror tədbirlərində yalnız hərbi hədəflər vuruldu, heç bir mülki şəxsə zərər verilmədi, imkanı olduğu təqdirdə belə əsir götürülmədi, mülki şəxslərin oradan çıxmasına şərait yaradıldı. Ancaq erməni toplum hər dəfə olduğu kimi, qərəzli mövqelərindən və riyakarlıqlarından istifadə edərək Azərbaycanın humanitar addımlarından silah kimi istifadə edirlər. Bildirilir ki, guya ermənilər Azərbaycan əsgəri tərəfindən əzilir, təzyiqə məruz qalır. Bu absurddur, bu ağ yalandır, Ermənistanın tez-tez istifadə etdiyi dezinformasiyadır. Artıq Ermənistanın qeyri-qanuni silahlı birləşmələri Azərbaycan ərazisindən tam çıxarılıb, qondarma rejim özünü buraxıb. Regiona artıq barış və sülh lazımdır. Hazırda sülh müqaviləsinin imzalanması üçün böyük şans yaranıb. Ermənistan xaricdən özünə havadar axtarmamalıdır, çünki onun havadarları heç bir fayda gətirmədi və gətirməyəcək də. Sülh müqaviləsinin imzalanmasından sonra Cənubi Qafqaz sürətlə inkişaf edə bilər. Əlbəttə, Ermənistandan sülh və firavanlığa yönəlmiş yanaşma gözləyirik. Belə bir məsəl var, özü yıxılan ağlamaz. Axı bu ermənilər nə istəyirdilər! Torpaq?! Azərbaycanın kifayət qədər torpaqları çar Rusiyası dövründə ermənilərə verilib. Qarabağa köçürülən erməni ailələri burada rahat yaşayırdılar, bunun canlı şahidləri çoxdur.

Yaxın tarixə nəzər salanda aydın olur ki, Qarabağdakı ermənilər keçmiş sovet dövlətində başlanan rüsvayçı və bədnam Qorbaçov yenidənqurmasından sonra 1988-ci ilin payızında Xankəndidə "miatsum" qışqıraraq Ermənistanla birləşmək üçün aramsız mitinqlərə başladılar. Lovğa, dikbaş, şovinist ermənilər uşaqlı-böyüklü meydanlarda qışqırırdılar, işləmirdilər, günlərlə Xankəndidə mitinqlər keçirilirdi, Azərbaycana qarşı açıq-aşkar etiraz edirdilər. Ancaq bir qədər diqqətlə baxanda qorxduqları da hiss olunurdu. Həmin vaxt Azərbaycan hökuməti tərəfindən buraxılan taktiki səhv sonrakı faciələrimizə səbəb oldu. Hayların bədnam ziyalıları erməniləri sığındıqları Azərbaycana xəyanət etməyə vadar etdilər, isti ocaqları kor qoydular. Xankəndidə Azərbaycanı müdafiə edən, haqqı deyən bir neçə ermənini meydanın ortasında öldürmüşdülər. Zavallı ermənilər elə bildilər ki, Ermənistana birləşsələr və yaxud qondarma "Artsax" qursalar əlləri bala batacaq. Ermənistan havadarlarına arxalanaraq Qarabağı və Şərqi Zəngəzuru işğal edəndən sonra sadə ermənilər elə bildilər ki, azərbaycanlıların əmlakını ələ keçirəcəklər, varlanacaqlar, lakin hər şey tərsinə oldu, həmin "miatsum" qışqıran erməni ailələri qıraqda qaldı, terrorçular, separatçılar və onların əlaltıları azərbaycanlılara məxsus daşınar və daşınmaz əmlakı öz aralarında böldülər, bəd ayaqda isə mırıldanan ermənilərə bir tula payı verdilər. Beləliklə, Qarabağda Azərbaycan vətəndaşı kimi asudə, xoşbəxt, varlı yaşayan ermənilər bir dəstə şarlatanın, oyunbazın, şovinistin toruna düşdülər. Laçın sərhəd-keçid məntəqəsinin qurulması, rəsmi Bakının erməni vətəndaşlarına sülh əlini uzatması, bölgədə yeni reallıq yaranması onu göstərir ki, Azərbaycan öz torpaqlarında separatçıların, Ermənistan ordusunun tör-töküntülərinin, revanşistlərin qalmasına icazə verməyəcək, bu qəti qərarı və mövqeni isə heç bir qüvvə dəyişə bilməyəcək. Xankəndidə acı aqibətlərini gözləyən separatçıların kirli və cinayətkar əməllərinə, böhtan və yalanlarına son qoyulacaq.

Bu barədə erməni bloger Natali Aleksanyanın fikirləri diqqət çəkir. Bloger çox sərt şəkildə bildirir ki, səhərdən axşama kimi daşnaklar təkrarlayırlar ki, Ermənistan hər şeyini itirib və özünü rüsvay edib. Cənablar, bir saniyə! Uduzan, itirən və alçaldılan şəxsən siz idiniz və "nailiyyətlərinizi" bir daha bizim boynumuza örtməyə ehtiyac yoxdur. Yazıq məxluqlar! Siz, hətta kişi deyilsiniz ki, kişi kimi məğlubiyyəti etiraf edib ləyaqətlə geri çəkiləsiniz. Mən təəccüblənirəm ki, erməni xalqı sizin kimi qeyri-varlıqları ciddi qəbul edib. Yaxşı, gəlin təhlil edək və görək Ermənistan həqiqətən nəyi itirib. Qarabağ? Bəs Ermənistanın itirəcək Qarabağı var idimi? Daşnakların cəfəngiyyatını bir kənara qoysaq, görərik ki, hətta onların rəhbərləri də Qarabağın Azərbaycana aid olduğunu həmişə etiraf ediblər. Xalqın qulağına əriştə asdıqlarına görə cavab verəcəklər. Bəli, yeri gəlmişkən, Qarabağ, nəhayət, kimin hesabına Azərbaycana qayıtdı? Mənə xatırladın ki, hakimiyyəti orada tam olaraq kim dəyişdi və beş dəqiqəyə təhvil verdi? Daşnaklar, uşaqlar, bu siz deyilsiniz? Bu, məhz siz idiniz! Bəs siz Paşinyanı və ya digərlərini nədə ittiham edirsiniz? Təslim oldunuz, özünüzü alçaltdınız, indi də bizim üzərimizə yıxmaq istəyirsiniz? Ermənistanın itkiləri yalnız daşnakların qızışmış təsəvvüründədir. Ermənistan cəmiyyətinə məğlubiyyət əhvali-ruhiyyəsi gətirən onlardır. İndi bizim belimizi qıran da onlardır. Məğlubiyyət ölkəmizi dağıtmağın ən təsirli yoludur, daşnakların eləməyə çalışdıqları da budur... Bizə indi məğlubiyyət lazım deyil, ancaq gələcəyə, qonşularımızla sülhə, təhlükəsizliyə ümid lazımdır. Təbii ki, bu, daşnakların şəxsi planları ilə ziddiyyət təşkil edir və ona görə də onlar sülhə can atan hər bir insana, istər baş nazir, istər bloger, istər adi vətəndaşa hücum edirlər. Kapitulyatorlar hələ də öz gündəmlərini diktə etməyə çalışırlar. Buna son vermək lazımdır.

Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur, çox ibrətamiz fikirlərdir, reallığı əks etdirir, sülhə çağırışdır.

Salman ALIOĞLU,

"Respublika".