Avtomobil qəzasında həlak olan hərbçi Səxavət Axundovla vida mərasimi keçirilib
Gündəm

Avtomobil qəzasında həlak olan hərbçi Səxavət Axundovla vida mərasimi keçirilib

Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundovla Xaçmaz rayonunun Sayad kəndində vida mərasimi keçirilib.

"Respublika" xəbər verir ki, mərasimdə mərhumun yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Axundov Sayad kənd məzarlığında dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.