Çin gözləntiləri üstələyib
İqtisadiyyat

Çin gözləntiləri üstələyib

Çin iqtisadiyyatı bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə gözləniləndən daha sürətli böyüyüb. 

"Respublika" xəbər verir ki, Bu barədə Çin Milli Statistika Bürosunun məlumat verib. 

Ümumi daxili məhsul iyul-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artıb. İqtisadçılar artımın ikinci rübdə 6,3 faizdən üçüncü rübdə 4,4 faizə enəcəyini gözləyirdilər.

Üçüncü rübdə ÜDM əvvəlki rüblə müqayisədə 1,3 faiz artıb. Gözləntilər artımın 1.0 faiz səviyyəsində qalacağı idi.

Qeyd edək ki, hökumət 2023-cü il üçün artım hədəfini təxminən 5,0 faiz olaraq təyin etmişdi.