Ceyhun Bayramov isveçrəli həmkarını sülh danışıqlarının perspektivləri barədə məlumatlandırıb
Siyasət

Ceyhun Bayramov isveçrəli həmkarını sülh danışıqlarının perspektivləri barədə məlumatlandırıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.

“Respublika” xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və regional vəziyyət müzakirə edilib.

Nazir həmkarını postmünaqişə dövründə reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb.

Vurğulanıb ki, Azərbaycan bölgədə sülhün alternativinin olmadığına, Ermənistan tərəfinin təxribatçı addımlardan çəkinəcəyinə ümidvardır.

Görüşdə, həmçinin iki ölkə arasında gündəlikdə duran digər aktual və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.