Cənubi Qafqazın ən güclü orduya malik ölkəsi
Siyasət

Cənubi Qafqazın ən güclü orduya malik ölkəsi

"Global Firepower" təşkilatının hesabatında Azərbaycan Ordusu dünya üzrə 57-ci sırada qərar tutub

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri onun silahlı qüvvələridir.

Son illər ordu quruculuğu sahəsində həyata keçirilən davamlı tədbirlər, aparılan geniş islahatlar ölkəmizin müdafiə qüdrətini dəfələrlə artırmış, əldə olunan uğurların miqyasını daha da genişləndirmişdir. Prezident İlham Əliyevin müdrik siyasəti, yorulmaz fəaliyyəti sarsılmaz qətiyyəti sayəsində dövlətimizin hərtərəfli inkişafı, o cümlədən ölkə iqtisadiyyatının durmadan güclənməsi Silahlı Qüvvələrə kifayət qədər vəsait ayrılmasına imkan vermişdir ki, bu da milli ordunun maddi-texniki bazasının, şəxsi heyətinin sosial müdafiəsinin daha da gücləndirilməsini şərtləndirmişdir. Ötən müddət ərzində xarici ölkələrdən ən müasir zirehli texnikalar, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, nəqliyyat vasitələri, helikopterlər, kəşfiyyat döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri, eləcə digər texnika silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da gücləndirilmişdir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhəyanı zonalara ardıcıl səfərlər edərək hərbi qulluqçularla görüşməsi, onlarda sonsuz mübarizə əzmini aşılayan qətiyyətli çıxışları düşmənə ünvanlanmış tutarlı ismarıcları şəxsi heyətdə sarsılmaz ruh yüksəkliyi yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə demişdir: "Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir gətiriləcək".

 Ulu öndər Heydər Əliyevin mükəmməl strategiyasının möhtərəm Prezidentimiz tərəfindən yüksək məharətlə davam etdirilməsi nəticəsində ən müasir səviyyədə formalaşmış Azərbaycan Silahlı Qüvvələri bu gün yeni inkişaf yoluna qədəm qoymuşdur. Dövlət başçısının təşəbbüsü rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq bu gün vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı möhkəmləndirilmiş, mənəvi-psixoloji hazırlıqlı, yüksək əhvali-ruhiyyəli, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələr formalaşmışdır.

Təsadüfi deyildir ki, "Global Firepower" təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda dünyanın ən güclü orduları arasında Azərbaycan da var. Azərbaycan Ordusu bu siyahıda 57-ci sırada qərar tutub. Bu isə milli ordumuzun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiq edir.

2003- ildən bu günə qədər hərbi xərclərimiz dəfələrlə artmış, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılmış, bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsul istehsal olunaraq nəinki ordumuzun potensialı gücləndirilmiş, eyni zamanda, hərbi məhsullarımızın ixrac olunmasına başlanılmışdır.

44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın sayəsində qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu Qələbə həm ona görə qürurvericidir ki, Zəfərimiz naminə canından keçən qəhrəman oğullarımızın qisası döyüş meydanında alındı. Vətən müharibəsi bütün dünyaya xalqımızın qədər vətənpərvər, qəhrəman olduğunu bir daha göstərdi. Milli birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi.

Azərbaycan Ordusu bütün dünyaya müasir döyüşlərin necə aparılmasının nümunəsini göstərdi. Yüksək peşəkarlıq döyüş əzmi göstərən ordumuz, demək olar ki, Ermənistanın bütün hərbi potensialını darmadağın etdi Ordumuz müharibənin ilk anından son gününə qədər işğalçıya layiqli dərs verdi, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz bütün dünyaya göstərdilər ki, Vətən uğrunda mübarizə necə olur.

Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan Ordusu istənilən zəruri anda dövlətə olan təhdidlərin vaxtında qarşısını almaq, düşmənə layiqli cavab vermək iqtidarındadır.

Müşfiq MİRZƏ,

"Respublika".