Çanaqqala vilayətinin 700-dən çox sakini təxliyə edilib
Region

Çanaqqala vilayətinin 700-dən çox sakini təxliyə edilib

Türkiyənin Çanaqqala vilayətində meşə yanğınlarının yaxınlığında yerləşən yaşayış məntəqələrinin 700-dən çox sakini təxliyə edilib.

"Respublika" xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun özünün “X” hesabında yazıb.

O qeyd edib ki, yanğının söndürülməsinə 1300-dən çox yanğınsöndürən və digər sahələr üzrə mütəxəssislər cəlb olunub. Fəxrəddin Altun əlavə edib ki, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı yanğının baş verdiyi Çanaqqala vilayətinə yollanıb.

Nəzrin ELDARQIZI,

"Respublika".