Bura Vətəndir!
Digər xəbərlər

Bura Vətəndir!

Onun dəyəri, toxunulmazlığı sərhəddən başlayır

Azərbaycanın Ermənistanla sərhədində qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının ucaldılması mərasimində Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki, Vətən müharibəsi qəhrəmanı Babək Ələkbərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə edib: "Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, tapşırığınıza uyğun olaraq, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!".

Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması tarixi hadisə olmaqla Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli uzaqgörən siyasətinin mühüm uğurudur. Müstəqilliyin əsas şərti ərazi bütövlüyünün təmini ona nəzarətdir. Azərbaycan qurudan, havadan sudan öz sərhədlərini qorumağa qadirdir.

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi qurulub. Bu barədə Rusiya sülhməramlı kontingenti Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Qırx dörd günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi buna əməl etdi. Laçın Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Bu barədə ölkə başçısı deyib: "Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir buna görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində mənim təkidimlə alternativ yolun çəkilişi sənəddə təsbit edildi 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Biz isə razılaşmaları daha tez bir zamanda başa çatdırdıq, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi bir il 8 ay çəkdi. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu biz Laçın şəhərini qaytardıq".

Bu, tarixi hadisə idi. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq.

Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə Azərbaycan Hökuməti müvafiq tədbirlər həyata keçirib. Məlum olduğu kimi, üçtərəfli Bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar. Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə, 22 aprel 2023- il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı olan minaya düşərək partlayıb 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibə bitdikdən sonra 294 nəfər azərbaycanlı mina qurbanı olub. Bununla yanaşı, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin hərbi avtomobillər konvoyunun üçtərəfli Bəyanata beynəlxalq hüququn norma prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib.

Qeyd edilən təhdidlər təxribatlar nəzərə alınaraq Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcəkdir. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana Azərbaycana şəffaf nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.

Azərbaycanın öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren legitim hüququdur. Ölkəmizin bölgədə sülh, sabitlik inkişafı təmin etmək, ərazi bütövlüyü suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Ermənistanın havadarları birtərəfli mövqe sərgiləməklə prosesə mane olmamalıdırlar. Guya bu addımın üçtərəfli Bəyanata, hər hansı bir beynəlxalq sənədə ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri yüklərin təhlükəsizliyinə zəmanət verir bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.

Mustafa KAMAL,

"Respublika".