Bölgələrimizdə
Region

Bölgələrimizdə "Heydər Əliyev İli" ilə əlaqədar tədbirlər

Gəncə

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP şəhər təşkilatının, Azərbaycan Gəncə Ağsaqqallar Şurasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin DİİXİHİ şəhər Komitəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş regional konfrans keçirilib. YAP Gəncə şəhər təşkilatının inzibati binasında reallaşan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, şəhər Ağsaqqallar Şurasının sədri Əməkdar müəllim, professor Nürəddin Məmmədov, YAP şəhər təşkilatının sədr müavini, DİİXİHİ Gəncə Şəhər Komitəsinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək böyük ehtiramla yad ediblər. Konfransda Dövlət Himni səsləndirilib, daha sonra müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi müdrik siyasətçi Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Şəhər rəhbəri Niyazi Bayramov çıxışında bildirib ki, Azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldıran ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. O qeyd edib ki, müasir Azərbaycanın şanlı tarixi məhz ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyevin 2023- ili "Heydər Əliyev İli" elan etməsi xalqımızın öz ulu öndərinə məhəbbətinin təcəssümüdür.

Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, şəhər Ağsaqqallar Şurasının sədri Əməkdar müəllim, professor Nürəddin Məmmədov ulu öndər Heydər Əliyevin dövlətimizin, xalqımızın inkişafı, tərəqqisi, həyat tərzinin yaxşılaşdırılması yolundakı xidmətlərindən əhatəli danışaraq bu müdrik siyasətin onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.

Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə "Ulu Öndər Heydər Əliyev Azərbaycanda milli ideologiyanın formalaşması", ADAU-nun dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynov "Heydər Əliyev Azərbaycançılıq fəlsəfəsində milli birliklə dövlətçiliyin dialektikası" adlı məruzələrlə çıxış ediblər

Xalq artisti Məmmədəli Balayevin ifasında ulu öndərə həsr edilmiş şeirlər tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb.

 

İsmayıllı

"Heydər Əliyev İli" çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq İsmayıllı rayonunun İvanovka kəndində "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" adlı tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

İvanovka Mədəniyyət sarayında ulu öndərə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

İvanovka kənd tam orta məktəbinin müəllimi Gülnar Mustafayeva "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" adlı məruzə ilə çıxış edib. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə birgə İvanovka kəndinə olan səfərindən danışaraq ulu öndərin Azərbaycan xalqı qarşısındakı unudulmaz fəaliyyəti barədə fikirlərini bildiriblər.

Tədbirdə, həmçinin "Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup ictimai fəal RİH başçısı Nahid Bağırov tərəfindən təltif edilib. Tədbir konsert proqramı ilə davam etdirilib.

 

Qəbələ

"Heydər Əliyev İli" elan edilməsi ilə bağlı rayonun ümumtəhsil məktəblərində məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Müəllim şagird kollektivləri tərəfindən ardıcıl olaraq ulu öndərin abidəsi Heydər Əliyev Mərkəzi ziyarət edilir, şagirdlər arasında müxtəlif idman yarışları, rəsm şeir müsabiqələri, əl işlərindən ibarət sərgilər təşkil olunur, ulu öndərin həyat fəaliyyəti haqqında sənədli filmlər nümayiş etdirilir. Bundan əlavə, məktəblərdə ümummilli liderə həsr olunmuş divar qəzetləri, bülletenlər hazırlanır, açıq dərslər dəyirmi masalar keçirilir. İl ərzində  tədbirlər davam etdiriləcəkdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları bir qrup tələbə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək  önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Qəbələ Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Qəbələ Uşaq Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Dahi şəxsiyyət" adlı tədbir keçirilib. Məktəblilərin iştirak etdiyi tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz  tarixi xidmətlərindən böyük xilaskarlıq missiyasından danışıblar. Sonda Qəbələ Dövlət Rəsm Qalereyasının təşkil etdiyi sərgiyə baxış keçirilib.

"Respublika".