Şirvan elektrik şəbəkəsi yenidən qurulur
Region

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Şirvan elektrik şəbəkəsində yenidənqurma və əsaslı təmir işləri görülür.

“Azərişıq” ASC-dən “Respublika”ya bildirilib ki, Şirvan şəhərində 35 kV-luq hava xətlərinin keçdiyi ərazidə dəmir dayaqlar basdırılıb və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilib.

Şəhərdə 35 kV-luq 754.1, 754.2 və 756 saylı hava xətlərinin keçdiyi ərazidə Tədbirlər Planına uyğun olaraq əsaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmin ərazidə, həmçinin 35 kV-luq müasir tipli yeni dayaqlar basdırılır. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq işlər görülərkən xətlər və dayaqlar əhalinin sıx məskunlaşdığı ərazilərdən çıxarılaraq daha əlverişli ərazilərdən çəkilir.