Birgə taktiki-xüsusi təlim  
Digər xəbərlər

Birgə taktiki-xüsusi təlim  

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xüsusi Riskli Xilasetmə Xidməti ilə birgə 2023-cü il üçün hazırlıq planına uyğun olaraq Xızı rayonu, Altıağac qəsəbəsində “Fövqəladə hal rayonuna qüvvə və vasitələrin cəlb olunmasının təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib.

20 iyun FHN-nin məlumatında bildirilir ki, təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar peşəkar vərdişlərinin artırılması, habelə aidiyyəti vəzifəli şəxslərin fövqəladə hal rayonunda idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlim iki mərhələdən – “Şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi” və “Baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması”ndan ibarət olub.

Taktiki-xüsusi təlim zamanı şərti uçqun baş vermiş ərazidə axtarış-xilasetmə işlərinin aparılması, meşə yanğınının söndürülməsi, subasma zonasından suyun çəkilməsi, kanatda köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi və ilkin tibbi yardımın göstərilməsi kimi əməliyyatlar uğurla icra olunub.

“Respublika”.