Bakı Limanı Çinin Çindao Limanı ilə anlaşma memorandumu imzalayıb
Digər xəbərlər

Bakı Limanı Çinin Çindao Limanı ilə anlaşma memorandumu imzalayıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Çinin ən böyük limanlarından biri olan Çindao Limanı ilə anlaşma memorandumu imzalayıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi Azərbaycandan keçən "Orta Dəhliz" vasitəsilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq inkişaf etdirməkdir. Memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda, limanlar arasında müasir bilik bacarıqların öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur. Anlaşma memorandumuna görə, həm Çindao Limanından Yaponiya Cənubi Koreyadan gələn yüklərin "Orta Dəhliz" vasitəsilə Azərbaycandan daşınması mümkün olacaq.

Qeyd edək ki, Şandonq Port Qrupun İdarə Heyətinin sədri baş direktoru Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirlər. Səfərin məqsədi Şandonq Port Qrupu ilə Azərbaycanın bir sıra dövlət orqanları qurumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud olan biznes ticarət imkanlarının daha da genişləndirilməsi barədə müzakirələr aparmaqdır.

İmzalanma mərasimindən sonra tərəflər Ələtdə yerləşən Bakı Limanının Çinin Çindao Limanı ilə qardaşlaşmış limanlar memorandumunun imzalanması münasibətilə inşa edilən abidənin açılış mərasimində iştirak ediblər. Çindao Limanı tərəfindən hədiyyə olunan Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox yaşı olan mayakdan ibarət abidənin Qədim İpək yolu üzərində yerləşən Bakı Limanında ucaldılması Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət dostluq əlaqələrinin olmasını müasir dövrdə bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək.

Qeyd edək ki, Çindao limanının tərkibinə 5 liman ərazisi daxildir: "Çindao Daqanq Liman ərazisi" , "Huanqdao" neft ərazisi, "Qianvan" liman ərazisi, "Donqjiakou liman ərazisi" "Veihai" liman əraziləridir. Çin, Mərkəzi Asiya Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan limanlar qrupudur. Bakı Limanı ilə Çindao Limanı arasında imzalanan anlaşma memorandumu iki liman arasında əməkdaşlığı genişləndirməklə yanaşı, Azərbaycan Çin arasında ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək mühüm mərhələdir.

Şandonq Port Qrupuna daxil Çindao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edibdir ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Yükaşırmada tətbiq olunan süni intellekt 5G texnologiyaları vasitəsilə liman keçən il 26 milyon TEU konteyner aşırıb. Yükaşırmasına görə Çindao limanı Çinin 3- ən böyük limanıdır. Çindao limanının daxil olduğu Şandonq Port Qrupu Çin daxilində ondan kənarda ən sürətlə inkişaf edən beynəlxalq şirkətdir. Çin, Mərkəzi Asiya Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekord həcmdə illik 1,6 milyard tondan çox yük aşırıb bu göstərici hər il daha da artır. Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşıraraq dünya üzrə ən çox konteyner aşıran 3- liman olub.