2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur
Sosial həyat

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

DOST Agentliyi indiyədək 20-dən çox beynəlxalq mükafat və sertifikatla təltif edilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma təşkilatı (Böyük Britaniya) tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

"Respublika" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 1 saylı Bakı DOST Mərkəzinin fəaliyyətinin və vətəndaşlara DOST xidmətlərinin göstərilməsinə başlanılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

“Hazırda 5-i Bakıda, 1-i Abşeronda, 1-i isə Bərdə rayonunda olmaqla 7 DOST Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. 2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.