Epoxal inkişaf
Digər xəbərlər

Epoxal inkişaf

44 günlük Vətən müharibəsində Azərbaycan öz əzəli əbədi torpaqlarını geri qaytardı. İki ildir ki, xalqımız müharibənin yaralarını sağaltmağa, 30 illik işğalın nəticələrini aradan qaldırmağa çalışır. Azərbaycan xalqı son bir əsrdə hərbi diplomatik sahədə ən böyük zəfərə nail olub.

Öz doğma torpaqlarından köçkün düşən insanların Böyük Qayıdışı onların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında mühüm vasitə olacaq. Həm qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi, həm işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması müvəffəqiyyətlə davam etdirilir. Qarabağda aparılan quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığın inkişafını təmin edən, eləcə ölkə daxilində xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

30 illik həsrətdən sonra Qarabağ Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlamaq üçün ilk növbədə yol infrastrukturu lazım idi. Füzulidən Şuşaya çəkilən ilk yol uğurlu start götürdü. Bundan sonra qısa zaman kəsiyində Tuğ-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Füzuli-Hadrut yollarında tikinti işləri davam etdirildi. Avtomobil yolu Hadrut qəsəbəsi Cəbrayıl şəhəri daxil olmaqla, sözügedən rayonların 20- yaxın yaşayış məntəqəsini əhatə edəcək. Hazırda Zəngilandan Qubadlı Laçına dördzolaqlı yol çəkilir. Yol infrastrukturu uğurla davam etdirilərkən, bununla yanaşı "Qarabağın hava qapısı" adlandırılan Füzuli Zəngilan Beynəlxalq Hava limanları açıldı. Həmçinin işğaldan azad edilən ərazilərimizdə su, qaz elektrik enerjisinin təminatı da görülən əhəmiyyətli işlər sırasındadır. Qeyd etmək lazımdır ki, bütün bunlar 2022-ci ilin göstəriciləridir. Dövlət Proqramının qarşıdakı illər üçün icrasında bu istiqamətdə sistemli işlər görüləcək.

Bölgə üçün digər strateji istiqamət iqtisadiyyatın yenidən qurulmasıdır. Torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkilib-becərilməsi, heyvandarlıq təsərrüfatlarının bərpa olunması üçüncü hədəfdir. 4- istiqamət rayonların turizm potensialının artırılması ilə bağlıdır. Bölgələrin əlverişli təbiətinin, coğrafiyasının turizm sektoru üçün münasibliyi bu baxımdan doğru qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Turizm potensialı ərazinin inkişafına, əhalinin məşğulluğuna mühüm fayda verəcək. Təhsil, səhiyyə sosial xidmətlərin qurulması isə beşinci hədəfdir. Postmüharibə dövrünün statistikasına nəzər salsaq görərik ki, ilkin addımlar heç məhdud deyil. Ağdamda 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının, Füzulidə Peşə Liseyinin təməli qoyulub. Bununla yanaşı, Zəngilan şəhərinin mərkəzində 960 şagird üçün nəzərdə tutulan məktəbin, Füzulidə 180 çarpayılıq xəstəxananın s. təhsil, səhiyyə obyektlərinin bünövrəsi atılıb. Onu da qeyd etmək lazımdır ki, sakinlərin yaşayışı üçün rahat şəraiti olan çoxmənzilli binaların inşası da aparılır. Ağdamda inşa olunacaq ilk yaşayış binası, Füzulidə çoxmənzilli yaşayış məhəlləsi, Zəngilanda 6 ikimərtəbəli, 4 üçmərtəbəli binaların tikintisinə start verilib. Bakıda digər iri şəhərlərdə qurulan əlverişli xidmət sektoru - ASAN xidmət "DOST" mərkəzlərinin işğaldan azad edilən ərazilərdə yaradılması Dövlət Proqramında öz əksini tapıb. Bu, məskunlaşacaq əhalinin sosial xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

Qeyd etmək zəruridir ki, bu ilin yay aylarında 700-dən çox ailənin Laçına köçürülməsi planlaşdırılır. Zabux Sus kəndlərində artıq bu istiqamətdə işlər görülür. Bir daha aydın olur ki, əbədi, əzəli, tarixi Azərbaycan torpağı olan Qarabağ Şərqi Zəngəzur epoxal inkişaf edir.

Nuranə DAXİLQIZI,

"Respublika".