Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin təzahürü
Digər xəbərlər

Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin təzahürü

Deyirlər qarı düşmən dost olmaz... Doğrudan da Ermənistan dövlətimizin humanist siyasət yürütməsinə baxmayaraq, heç cür ipə-sapa yatmamış, öz xain xislətini daim bəlli etmişdir. Lakin düşmənin törətdiyi bütün çirkin əməllər yalnız Ermənistanın regiondakı "nüfuzuna" xələl gətirmiş, ölkəmiz öz haqq yolundan əsla dönməmişdir. Bu il martın 1- Xocalıda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə baş tutan görüş Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin göstəricisidir. Həmin gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin  edilmişdir ki, bununla da reinteqrasiya prosesinin növbəti mərhələsi başlanmışdır. R.Məmmədovun Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşü baş tutmuşdur. Görüşdə ilk dəfə rəsmi şəkildə Azərbaycanın Konstitusiyasına qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdır.

Digər bir vacib məqam isə erməni sakinlərin bəzi kommunikativ təchizat problemlərinin həll edilməsi üçün kömək istəməsi idi. Bu nüansı erməni icmasının Azərbaycanın yurisdiksiyasını qəbullanması kimi qiymətləndirmək mümkündür. Əslində erməni icmasının bu mövqedə olması da təsadüfi deyil. Çünki hələ işğal dövründə buradakı əhalinin yaşadığı acınacaqlı vəziyyət, Ermənistan hökumətinin onları gözardı etməsi, eləcə rahat yaşamaları üçün heç bir tədbir görməməsi xalqın dövlətə olan inamını da sarsıtmışdır. Bunun isə yalnız bir səbəbi var. Ermənistan çox gözəl başa düşürdü ki, özgə atına minən tez düşər. Buna görə 30 illik işğal dövründə düşmən bu ərazilərdə heç bir tikinti işləri aparmamış, yeni infrastruktur qurulmamışdır. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı qələbə nəinki düşmənə, hətta bütün dünyaya dövlətimizin gücünü bir daha göstərdi. Düşməndən fərqli olaraq, istər müharibə, istərsə postmüharibə dövründə əhaliyə qarşı heç bir cinayət törədilmədi. Əksinə, ölkə başçımız Qarabağdakı ermənilərin Azərbaycan  vətəndaşlığını qəbul etdiyi təqdirdə burada qala biləcəklərini dəfələrlə qeyd etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Xocalı şəhərində baş tutan görüş erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya olunması istiqamətində atılan mühüm addımlardandır. Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün əsas tələb isə onların Azərbaycan qanunlarına uyğunlaşaraq yaşamasıdır. Çünki Ermənistan hakimiyyətinin əlində oyuncağa çevrilmiş xalq üçün Azərbaycanın qanunları çərçivəsində yaşamaq təhlükəsizlik, sabitlik sosial rifahlarının artmasına töhfə verəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi: "Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışlarından qat-qat yaxşı olacaq".

Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxış edən ölkə başçımız Qarabağdakı ermənilərin taleyi barədə fikirlər səsləndirmişdir: "Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil". Xocalı görüşünün məhz həmin çıxışdan sonra baş tutması Azərbaycanın diktə edən tərəf olduğunu öz istəklərini zamanla reallaşdırdığını bir daha təsdiqləmişdir. Məsələyə Ermənistan tərəfi müdaxilə etməyə çalışarkən Prezident İlham Əliyevin Azərbaycanın Qarabağda yaşayan ermənilərin taleyini, gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində olmadığını bildirməsi dövlətimizin erməni azlıqlarına qarşı göstərdiyi diqqətin bariz nümunəsidir. Şübhəsiz, Azərbaycan digər vətəndaşlar kimi, Qarabağdakı ermənilərin problemlərinə həssas yanaşacaq. Xocalı görüşündə respublikamızın Qarabağ erməniləri ilə təmasda maraqlı olduğu bir daha öz əksini tapdı. Qarabağ erməniləri qanunlarımız çərçivəsində ərazilərimizdə yaşaya bilərlər, əks halda torpaqları tərk etməlidirlər.

Qeyd edək ki, bu il martın 13- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini ikinci dəfə görüşə dəvət etmişdir. Sözügedən görüşün baş tutacağı təqdirdə  Qarabağ iqtisadi rayonunda məskunlaşmış ermənilərin reinteqrasiyasının həyata keçirilməsi, əhalinin mövcud ağır sosial problemlərdən, həmçinin separatçıların təzyiqlərindən qurtulması baxımından da xüsusi əhəmiyyət kəsb edə burada yaşayan ermənilər üçün böyük şans ola bilərdi. Lakin ermənilərin hər zaman olduğu kimi, növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirmələri onların bu şansı itirmələri ilə nəticələndi. Belə ki, martın 13- Azərbaycanın erməni ictimaiyyəti ilə görüş təklifi cavabsız qaldı. Ermənistan hakimiyyəti qədər gizlətməyə cəhd etsə , Qarabağdakı mülki erməni əhalinin problemləri gündən-günə artır. Separatçılar isə bu problemləri həll etmək iqtidarında deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".