Azərbaycanın elm və təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb
Siyasət

Azərbaycanın elm və təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb

Tbilisidə səfərdə olan Azərbaycanın elm təhsil naziri Emin Əmrullayev mayın 19-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı dostluq qardaşlıq münasibətləri diqqət mərkəzində olub.

Söhbət zamanı, müxtəlif sahələrdə, o cümlədən elm təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Bu xüsusda iki ölkənin elm təhsil qurumları arasında 2022-ci ildə imzalanmış sazişin əhəmiyyəti qeyd edilib.

Tərəflər gələcəkdə iki ölkə arasında elm təhsil sahəsində mövcud məhsuldar əməkdaşlığın daha da genişlənəcəyinə möhkəmlənəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Eyni zamanda, ali təhsil müəssisələri arasında əlaqələr, xüsusi peşə təhsili sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı Azərbaycanın ADA Universiteti ilə Gürcüstanın üç aparıcı təhsil ocağı arasında imzalanan müqavilələrin əhəmiyyəti xüsusi qeyd olunub.

Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın səfiri Faiq Quliyev Gürcüstanın təhsil elm naziri Giorgi Amilaxvari iştirak ediblər.