Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 1 milyard 469,9 milyon manatı və yaxud 15,9 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşüb.
"Respublika" xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz az, proqnozdan isə 7,5 faiz çoxdur.
Yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 31,5 faizini gömrük orqanları təmin edib.