Azərbaycanda aqrar sektor 1 faiz böyüyüb
İQTİSADİYYAT

Azərbaycanda aqrar sektor 1 faiz böyüyüb

Bu ilin I rübündə Azərbaycanda 1 milyard 444,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

"Respublika" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,9 faiz artaraq 76,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1 faiz artaraq 1 milyard 368,5 milyon manat olub.

Yanvar-mart aylarında ölkədə diri çəkidə 139,2 min ton ət, 504,5 min ton süd, 571,7 milyon ədəd yumurta və 96,6 min ton tərəvəz istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 0,6 faiz , süd istehsalı 0,6 faiz , yumurta istehsalı 5,2 faiz , tərəvəz istehsalı 2,7 faiz artıb.