Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.

“Respublika” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün orada olacaq.