KOB-ların maliyyələşdirilməsi imkanları müzakirə edilib
Türk dünyası

KOB-ların maliyyələşdirilməsi imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Məhəmməd Abdelvahabın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

KOBİA-dan “Respublika”ya bildirilib ki, görüşdə sahibkarlığın inkişafına, eləcə də agentliyin başlıca fəaliyyət istiqamətlərindən biri olan KOB-ların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması, bu sahədə alternativ maliyyələşdirmə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin nümayəndə heyəti səfər çərçivəsində “Bakı KOB evi”nin fəaliyyəti və burada sahibkarlara göstərilən xidmətlərlə tanış olublar.