Azərbaycan Rəngkarlığı Muzeyində “Stalker” filmi nümayiş olunacaq
Digər xəbərlər

Azərbaycan Rəngkarlığı Muzeyində “Stalker” filmi nümayiş olunacaq

Yanvarın 19-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində rejissor Andrey Tarkovskinin “Stalker” filmi nümayiş olunacaq.

"Respublika" xəbər verir ki, “Stalker” filmi ilə rejissor tamaşaçıları insan həyatının mənası haqqında dərin düşünməyə sövq edəcək.

Sirli və qadağan zonada, şayiələrə görə, ən əziz arzuların gerçəkləşdiyi bir otaq var. Tanınmış yazıçı və nüfuzlu professor bu otağa getməyə qərar verirlər – hər biri öz səbəblərinə görə, amma bu barədə danışmamağı üstün tuturlar. Onları otağa Zona üzrə bələdçi olan Stalker aparır – o ya dəli-divanədir, ya da yeni imanın elçisidir.

Film rus dilində (Azərbaycan dilində altyazı ilə) nümayiş olunacaq.