Azərbaycan regionda maraqlarını təmin edən qalib ölkədir
Siyasət

Azərbaycan regionda maraqlarını təmin edən qalib ölkədir

Beynəlxalq ədaləti xalqından aldığı güc ilə təmin edən dövlət başçısı cənab İlham Əliyev bütün dünyaya göstərdi ki, 30 il ərzində həllini qeyri-mümkün hesab etdiyiniz münaqişə 44 gün ərzində necə həll olunur. Uğurla aparılan Vətən müharibəsi postmünaqişə dövründə yeni reallıqlar yaratdı. Artıq Azərbaycan məğlub ölkə deyil, regionda maraqları təmin olunan, qalib ölkə imicini özündə formalaşdırıb bu, xarici güclər tərəfindən qəbul edilib.

Nikol Paşinyanın hakimiyyətə yeni gəldiyi vaxtlarda "Qarabağ Ermənistandır nöqtə" deməsi onsuz da müşkülə çevrilmiş danışıqlar prosesinə kölgə salmışdı. Nikolun bu ifadəni üçün dilə gətirdiyini təhlil etsək, bir sıra məqamlar ortaya çıxar. İlk növbədə İrəvan hərbi-siyasi rəhbərliyi dondurulmuş hesab edilən münaqişənin gedişatından arxayınlaşmış, qlobal güclərdən aldığı dəstək sayəsində işğal etdiyi torpaqları vaxtsa Azərbaycana qaytaracağını güman etmirdi.

İkinci bir məsələ isə təcrübəsizliyi, qarşısındakı dövləti onun rəhbərini yaxşı tanımaması olub. Dövlət başçısı İlham Əliyevlə çıxdığı debatlarda naşılığı savadsızlığı üz-gözündən tökülən Paşinyanın illər keçdikcə Azərbaycan rəhbərini daha yaxından tanıyır, onunla təhdid dilində danışmağın mümkün olmadığını yaxud qarşıya yeddi şərt qoymaqla iki ölkə arasındakı problemlərin həll olunmayacağını anlayır. Hazırkı Ermənistanda təmsil olunan iqtidar düşdükləri çarəsiz durumun günahını özlərində deyil, Serjikdə, Koçaryanda görür. Halbuki, apardığı işğalçılıq siyasəti nəticəsində özünü Azərbaycan Türkiyəyə düşmən etməklə üzləşdiyi ağır iqtisadi tənəzzülün, ölkə parlamentində ictimaiyyətində hökm sürən xaosun yeganə həlli ona təklif olunan məlum beş prinsipdən ibarət sülh müqaviləsinin imzalanmasından asılıdır.

Qarabağın erməni sakinləri artıq dünyada təcrid olunmuş halda yaşamaq istəmir. İllərdir separatçı rejim tərəfindən izolyasiya olunmuş halda həyatlarına davam edən Qarabağ erməniləri təkcə Ermənistan onun əlaltısı olan xunta rejiminin deyil, bir sıra qlobal güclərin Cənubi Qafqazda siyasi oyuncağına çevrildiyini başa düşür. Dövlətimizin reinteqrasiya çağırışları uğrunda atdığı addımlar təqdirəlayiqdir öz vətəndaşlarının alət kimi istifadə olunmasına etinasız yanaşmır. Aprelin 18- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bu məqama da toxunub: "Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub-duracaqlar, ya da ki, oradan rədd olacaqlar orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı müharibədən sonra. Lazım olarsa, bir sübut edərik istənilən formada".

Postmünaqişə dövründə aparılan uğurlu siyasətin bariz nümunələrindən biri çoxdandır aktual mövzuya çevrilmiş Laçın rayonunda nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. Siyasi hərbi ekspertlər bu hadisəni tariximizin növbəti qələbəsi kimi izah edirlər. Əsas maraqlı məqamlardan biri odur ki, Azərbaycan tərəfi hansı məsələni gündəliyə gətirirsə, bir müddət sonra onu reallığa çevirir. Bu da öz növbəsində siyasi iradə, sarsılmaz əqidə peşəkarlıq tələb edir. Ermənistanla şərti sərhəddə quraşdırılan nəzarət-buraxılış məntəqəsində Dövlət Bayrağımız ucaldılıb. Əlavə olaraq, pasport yoxlanış məntəqəsi gömrük işçilərinin fəaliyyəti bərpa olunacaq. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Qarabağda yerləşən separatçı rejiminə həyəcan təbilinin çalınmasını zəruri edib. Belə ki, onlar yaranmış yeni situasiya ilə əlaqədar yeni seçimlər qarşısında qalıb. "…Ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər...", - deyə vurğulayan Prezident bir məqama da diqqət çəkir ki, qondarma rejimin üçüncü "variantı" yoxdur.

Musa BAĞIRLI,

"Respublika".