Azərbaycan-Litva: əməkdaşlıq genişlənir
Siyasət

Azərbaycan-Litva: əməkdaşlıq genişlənir

Dövlətimizin xarici ölkələrlə əməkdaşlığının dərinləşməsi, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində atdığı praktiki addımlar səmərəli olması ilə diqqət çəkir. Müxtəlif ölkələrlə, eləcə regional beynəlxalq təşkilatlarla dostluq tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi, siyasi ticarət əlaqələrinin durmadan artması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Bu xüsusda keçmiş SSRİ məkanında, ittifaqa daxil olmuş ölkələrlə əvvəlki əlaqələrin davam etdirilməsi başlıca prioritetdir. Postsovet məkanında Ermənistan istisna olmaqla, Şərqi Avropa Baltikyanı ölkələrlə, habelə qonşu Gürcüstan, şimal qonşumuz Rusiya, Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıq, nəqliyyat-kommunikasiya, enerji, təhsil, mədəniyyət, kibertəhlükəsizlik, gömrük, hüquq-mühafizə digər sahələrdə çoxsaylı sazişlər imzalanmış, icrası uğurla həyata keçmişdir. Bu ölkələrin hökumət başçıları tərəfindən intensiv olaraq baş tutan qarşılıqlı səfərlər əməkdaşlığı daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin əsas məqsədi Azərbaycanın dünya arenasında tanıdılması, Vətən müharibəsinin yaratdığı real vəziyyətin gerçəkliyə çıxarılması, Qarabağın ərazimizin bir hissəsi olması Ermənistanla gedən sülh danışıqlarında müzakirə obyektinin olmamasını göstərməkdir.

Avropa qitəsinin dünyanın gedişatına olan təsirini nəzərə alaraq, bu regionda yerləşən ölkələrlə siyasi-diplomatik əlaqələrin davamlı olması önəmli amillərdən biridir. Azərbaycanın ərazi bütövlüyünün Avropada da dəstəklənməsi vacib məqam hesab olunur. Baltikyanı ölkələrlə isti münasibətlərə sahib olmaq xarici siyasət kursumuzun əsasını təşkil edir. Latviya, Litva, Estoniya Belarusla münasibət arzulanan səviyyədə davam edir.

Bu coğrafiyada yerləşən Litva Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb. İki ölkə arasında dostluq əməkdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin təşkil olunmasının böyük əhəmiyyəti var. Litva-Azərbaycan arasında əməkdaşlıq demək olar ki, bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, eləcə humanitar əlaqələrin davamlı hal alması onun məntiqi nəticəsi kimi faydalı nəticələrin əldə olunması yüksək məmnunluq doğurur. Azərbaycan-Litva arasında, beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Mayın 21- Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı Prezident Gitanas Nauseda ilə görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb. Həmçinin Litva Prezidentinin Azərbaycana səfəri həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edilib. Vurğulanıb ki, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin daha da artırılması vacib məsələlərdəndir. Dövlət başçılarının görüşündə informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib bir sıra sahələrdə Azərbaycan Litva arasında sazişlər imzalanıb. "Azərbaycan Ekologiya Təbii Sərvətlər Nazirliyi Litvanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş", "Azərbaycan Baş Prokurorluğu ilə Litvanın Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı", "Azərbaycan Gənclər İdman Nazirliyi ilə Litvanın Sosial Təhlükəsizlik Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Mayın 22- Vilnüsdə dövlət başçılarının iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib. Forumda çıxış edən Prezident İlham Əliyev bildirib ki, keçirilən biznes forumda ölkələrimizdə icrası planlaşdırılan layihələrin növləri, o cümlədən işgüzar dairələrin onlarda iştirakı yolları barədə bir çox müzakirələr olacaq. Biz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkənin - dəniz sahillərində yerləşməsinə diqqətçəkən dövlət başçısı Azərbaycan Litvanın çox böyük külək enerjisi potensialına malik olduğunu qeyd edib: "Məlum olduğu kimi, Azərbaycanın enerji təhlükəsizliyi mövcuddur. Lakin bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş külək enerjilərindən istifadə etmək istərdik".

İmzalanan sazişlər onu deməyə əsas verir ki, Litva Azərbaycan bir-birləri üçün önəmli ölkələrdir. Xüsusilə ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi daha çoxdur. Bundan əlavə, iki ölkə arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti diqqətçəkən məqamlardandır. 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlıq müsbət amildir. Bu sahədə əməkdaşlığın dərinləşməsi əsas hədəflərdən biridir. Azərbaycan-Litva arasında prokurorluq sahəsində sənədlərin imzalanması da mühüm hadisədir.

Musa BAĞIRLI,

"Respublika".