Azərbaycan-Gürcüstan dostluq və əməkdaşlıq münasibətləri genişlənir
Siyasət

Azərbaycan-Gürcüstan dostluq və əməkdaşlıq münasibətləri genişlənir

Hər iki ölkənin birgə fəaliyyəti regionda sülhün sabitliyin təmin olunmasına xidmət edir

Ölkəmizin dünya dövlətləri ilə xoşməramlı siyasəti hər kəsə bəllidir. Bu əməkdaşlıq münasibətləri qarşılıqlı hörmətə, etimada söykənir, regionda sülh, sabitlik tərəqqiyə xidmət edir. Bu kontekstdə qonşu Gürcüstanla əməkdaşlıq isə yeni mərhələyə qədəm qoyub. Ticari-iqtisadi, enerji, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı, müdafiə sənayesi kimi bir çox sahələri əhatə edən əlaqələr getdikcə genişlənməkdədir. Ölkələrimizin iştirak etdiyi strateji meqalayihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa Bakı-Tbilisi-Qars öz bəhrəsini verir. Strateji tərəfdaşlığın əsasını təşkil edən bu qlobal layihələrin yeni dünya düzəninin reallıqları fonunda aktuallığı perspektivləri daha da artıb.

Azərbaycanla Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, indiyə qədər Azərbaycan şirkətləri Gürcüstana 3,5 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Onun 1,5 milyard dolları Azərbaycan Dövlət Neft Şirkətinin payına düşür. Koronavirus pandemiyası dövründə müəyyən azalmalar müşahidə olunsa da, iki ölkə arasındakı illik ticarət dövriyyəsinin müsbət dinamika ilə yenidən 1 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Gürcüstan Azərbaycanın ixracında 121 ölkə arasında 12-ci, idxalında isə 173 ölkə arasında 13- yeri tutur.

Bu ilin aprel ayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə işgüzar səfəri zamanı Azərbaycanın Gürcüstanın birgə həyata keçirdiyi layihələrin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığını qeyd edib. Həmçinin bildirilib ki, hər iki ölkənin Orta Dəhlizdə önəmli rolu var yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımların atılması nəzərdə tutulur. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, imkanların artırılması istiqamətində birgə fəaliyyət öz müsbət nəticələrini verir. Bu dəmir yolunun fəaliyyətinin genişləndirilməsi isə Orta Dəhliz vasitəsilə daha çox yük daşınmasına imkan yaradacaq. Ölkə liderləri Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan arasında "yaşıl enerji"nin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin əhəmiyyətini, həmçinin Qara dənizin dibi ilə kabel çəkilməsinin, bu xüsusda Azərbaycanın Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmini qeyd ediblər.

Aprelin 7- Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdə ölkələrimiz arasında ənənəvi dostluq qardaşlıq münasibətlərinin olduğunu deyib, keçən ilin oktyabrında Gürcüstana səfərini məmnunluqla xatırladıb səfər zamanı aparılan müzakirələrin əhəmiyyətindən danışıb. Mətbuata bəyanatında dövlət başçısı İlham Əliyev deyib: "... Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir - müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, texnologiyalar kənd təsərrüfatı. Əlbəttə ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılır. Əminəm ki, cənab Baş nazirin bugünkü səfəri bizim əlaqələrimizə yeni təkan verəcəkdir".

Gürcüstanın Baş naziri bu il Azərbaycanda ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu vurğulayaraq ümummilli liderin əziz xatirəsinin gürcü xalqı tərəfindən böyük hörmət ehtiramla anıldığını deyib, ulu öndərin Gürcüstanın gürcü xalqının böyük dostu olduğunu qeyd edib. Baş nazir, həmçinin deyib: "Bunu bir daha qeyd etmək istərdim ki, bizim əsas məqsədimiz regionda sülhü sabitliyi təmin etməkdir. Regionda daha çox layihələr həyata keçirməliyik biz işimizi gözəl qardaşlıq mühitində irəli aparacağıq".

Onu da qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında yaxınlığın əlaqələrin inkişafına təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həyatın bütün sahələrini əhatə edir. Reallaşdırılan layihələr isə qarşılıqlı münasibətləri daha da dərinləşdirəcəkdir.

Zümrüd QURBANQIZI,

"Respublika".