AZƏRBAYCAN GƏNCLİYİ HEYDƏR ƏLİYEV RUHUNDA TƏRBİYƏ OLUNUR
Siyasət

AZƏRBAYCAN GƏNCLİYİ HEYDƏR ƏLİYEV RUHUNDA TƏRBİYƏ OLUNUR

Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri hesab etmişdir. Dövlət gənclər siyasəti ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Məhz onun bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına zəngin elmi potensialın yaradılmasına xidmət etmişdi.

Ulu öndərin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra ölkədə aparılan gənclər siyasətinin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, ötən illər ərzində ümummilli lider Heydər Əliyevin rəhbərliyi birbaşa təşəbbüsü ilə genişmiqyaslı tədbirlər həyata keçirilmiş bir sıra problemlər öz müsbət həllini tapmışdır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi olmuşdur. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədilə dövlət başçısı tərəfindən 1994- il 26 iyul tarixində Gənclər İdman Nazirliyinin yaradılması barədə Fərman imzalanmışdır ki, bununla da dövlətin gənclərlə bağlı siyasətinin vahid mərkəzdən idarə olunmasına başlanmışdı. Ulu öndərimizin gənclərlə çoxsaylı görüşləri, onlara dəyərli tövsiyələri gənclərin ümummilli maraqlar dövlət mənafeyi naminə birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996- ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forumda gənclər idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal şəkildə cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da, Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması ona göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qərarlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" dövlət sənədləri bu baxımdan təqdirəlayiqdir. Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın məcburi köçkün tələbə gənclərə qayğısı onun bütün ölkə vətəndaşları qarşısında əvəzolunmaz xidmətlərinin göstəricisidir.

Ulu öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm sabahıdır, ümididir" fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi ideoloji əsasıdır ki, məhz bu da gəncləri həm bugünün reallıqları, həm gələcəyin çağırışları ətrafında səfərbər edir. Böyük fərəh hissi ilə deyə bilərik ki, bu gün dövlətimiz gənclərə xüsusi diqqət qayğı göstərir. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində ulu öndərimizin siyasi kursunu layiqincə davam etdirir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən sizə arxalanıram". Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar. Bugünkü gənclik sosial-iqtisadi inkişafda özünün iştirakını təmin edərək cəmiyyətə fayda verirlər. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Bu baxımdan ölkə gənclərinin potensialının üzə çıxarılmasını, fəallığının artırılmasını, onların hadisələrə fərqli baxış bucaqlarının olmasını cəmiyyət üçün zəruri hesab edən ölkə Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 30-da 2020-ci ilin Azərbaycanda "Könüllülər İli" elan edilməsi haqqında Sərəncam imzaladı. İndi ölkəmizdə könüllülər ordusu kimi böyük bir hərəkat formalaşıb ki, onlar müxtəlif sahələrdə çalışaraq bilik bacarıqlarını artırmaqla yanaşı, uğurlu gələcəklərini könüllülük fəaliyyəti ilə təmin edirlər.

Bəli, həm ümummilli liderimiz Heydər Əliyevin, həm ölkə Prezidenti İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarixboyu üzləşdiyimiz hadisələr Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıqlar bir daha göstərdi ki, Azərbaycan gənclərinin Şuşada bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər".

Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətlərində rəhbər tutaraq, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşirlər.

Zabit XƏLİLOV,

"Respublika".