“Sabah” klubu heyətini yeni basketbolçu ilə gücləndirib
İdman

“Sabah” klubu heyətini yeni basketbolçu ilə gücləndirib

FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirən “Sabah” daha bir basketbolçunun transferini rəsmiləşdirib.

"Respublika" xəbər verir ki, ABŞ-dan olan basketbolçu Entoni Uilsonla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 204 sm boya malik Uilson NCAA-də (kollec liqası) iştirak edən “George Mayson Patriots” klubunun tarixinə bütün dövrlər üzrə ən çox blok (212) edən oyunçu kimi düşüb. 25 yaşlı basketbolçu son mövsümü Afrika Liqasında iştirak edən Nigeriyanın “Kvara Falkons” klubunda keçirib.