AZAL Bakıdan Praqaya olan uçuşlara endirim etdi
Gündəm

AZAL Bakıdan Praqaya olan uçuşlara endirim etdi

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Praqaya və əks istiqamətdə olan uçuşlar üçün yeni endirim kampaniyasına start verib. Bu marşrut üzrə endirimli aviabiletlər dekabrın 1-dən 7-dək satışda olacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "Respublika"-ya bildiriblər ki, kampaniya çərçivəsində Bakıdan Praqaya və əks istiqamətdə biletlərin qiyməti 555 manatdan başlayır. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar–11 mart və 1 aprel–31 may 2024-cü il.

Bu kampaniya sərnişinlərə Praqaya səyahətin planlaşdırılması zamanı qənaət etmək və Çexiya paytaxtının gözəlliyi, mədəniyyəti ilə tanış olmaq imkanı yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.