Azad edilmiş ərazilərdə yaradılacaq turizm və rekreasiya zonaları açıqlanıb
Gündəm

Azad edilmiş ərazilərdə yaradılacaq turizm və rekreasiya zonaları açıqlanıb

Kəlbəcərdə beş yerdə - Vəng, İstisu, Zülfüqarlı, Sultan-Heydər və Dəmirçidam turizm və rekreasiya zonasının yaradılması planlaşdırılır.

"Respublika" xəbər verir k, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.

Onun sözlərinə görə, Xocavəndə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə Qubadlı turizm və rekreasiya zonaları olacaq.