Aydın Hüseynov: Ali Baş Komandan Xankəndi stadionundan bir daha erməniləri dəstəkləyən riyakar qüvvələrə mesaj verdi
Siyasət

Aydın Hüseynov: Ali Baş Komandan Xankəndi stadionundan bir daha erməniləri dəstəkləyən riyakar qüvvələrə mesaj verdi

“Dünən Xankəndidə “Qarabağ” və “MOİK” oyununun keçirilməsi, təkcə idman hadisəsi kimi deyil, eyni zamanda böyük siyasi tədbir kimi beynəlxalq ictimaiyyətdə rezonans doğurdu. Bütün dünya azərbaycanlıları əsl idman, futbol bayramına şahidlik etdi. 30 illik işğaldan sonra tarixi yurd yerimiz olan Xankəndidə Azərbaycan komandalarının ilk qarşılaşması oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi, çıxışı və oyuna start verməsi böyük hadisə kimi tarixə düşdü. Dövlət başçısının çıxışı zamanı söylədikləri  geniş rəğbət qazandı və bu gün də dünya mediasında bu çıxışa geniş yer verilmədkdədir. Ali Baş Komandan Xankəndi stadionundan bir daha dünyada erməniləri dəstəkləyən və ədalət, reallıq hissini itirmiş qüvvələrə mesaj verdi, bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu, Qərbin riyakar siyasi dairələrinə ən layiqli cavab oldu. Bununla bir daha həm Ermənistana, həm də bütün dünyaya sübuta yetirildi ki, Qarabağ Azərbaycandır”.

Bu fikirləri "Respublika"-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, oyundan öncə komandaların meydana şəhid övladları ilə birlikdə çıxması, daha sonra Dövlət Himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, cənab Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların 3 rəngli şanlı al bayraqlarımızla bəzənməsi çox qürurverici anlar kimi xüsusi fərəh doğurur:

"Bu, bir daha Cənab İlham Əliyevin əm müqədədsə dəyərlərimizə, şəhid ailələrinə olan hörmətinin ifadəsidir. “Qarabağ”-MOİK qarşılaşmasının Xankəndidə keçirilməsi dünyanın idman federasiyaları və klublarının da diqqətindən yayınmayacaq və onlar da zaman-zaman müəyyən beynəlxalq idman yarışlarının Xankəndidə keçirilməsinə maraq göstərəcəklər.Artıq Azərbaycanın idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edən qədim Xankəndi şəhəri bundan sonra daha böyük və möhtəşəm hadisələrlə də xalqımızı sevindirəcək. Gələcəkdə “Qarabağ” futbol klubu ilə yanaşı, digər idman klublarının maraqlı və yaddaqalan yarışları keçiriləcək və Xankəndi Azərbaycanın həm də idman mərkəzlərindən birinə çevriləcək".

Nəzrin ELDARQIZI,

"Respublika".