Avstraliyadan Rusiyanın təşkilatlarına qarşı sanksiya
Region

Avstraliyadan Rusiyanın təşkilatlarına qarşı sanksiya

Avstraliya hökuməti Rusiyanın müdafiə, texnologiya və enerji sektorunda fəaliyyət göstərən 35 təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib.

"Respublika" xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq məlumat yayıb.

Penni Vonq Rusiya üçün böyük iqtisadi və strateji əhəmiyyətə malik müəssisələrin də sanksiyalara məruz qaldığını vurğulayıb. Nazirin sözlərinə görə, yeni sanksiya siyahısına Rusiya silahlı qüvvələrini qabaqcıl texnologiyalar, elektronika və avadanlıqlarla təmin edən şirkətlər, nüvə enerjisi və Arktika resurslarının çıxarılması ilə məşğul olan təşkilatlar daxil edilib.

Qeyd edək ki, 2014-cü ilin martından Avstraliya hökuməti Rusiya əleyhinə 25-dən çox məhdudiyyət elan edib.

Nəzrin ELDARQIZI,

"Respublika".