Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımovdan
Məktublar

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar diləyirəm.

Sizin müdrik rəhbərliyiniz və komandanlığınızla 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımız işğaldan azad olundu, bu ilin sentyabrında cəmi bir sutka ərzində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu möhtəşəm nailiyyət Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə oldu.

Sizin Xankəndidə, Xocalıda və digər ərazilərdə Dövlət Bayrağımızı ucaltmağınızı biz - xaricdə yaşayan azərbaycanlılar böyük qürurla izlədik. Sizin uzun illər davam edən və neçə-neçə nəslə acı talelər yaşadan böyük bir münaqişəni kökündən həll etməyiniz Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Möhtərəm cənab Prezident, 2024-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzu edir və inamlı qələbənizə inanırıq. Biz - Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə heç vaxt çəkinməyən rəhbərimizlə fəxr edirik.

Dərin hörmətlə,

Sahil QASIMOV,

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti.