Atəşgah Həyat SŞ ASC-nin SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)
Reklam və elanlar

Atəşgah Həyat SŞ ASC-nin SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)

MÜSTƏQİL AUDİTORUN HESABATIGkb4ph0WND

"Atəşgah Həyat" Sığorta ASC-nin rəhbərliyinə

Rəy

Biz "Atəşgah Həyat" Sığorta ASC-nin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət ya zərər digər məcmu gəlir, kapitalda dəyişikliklər göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik digər etik öhdəliklərimizi bu tələblərə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz, audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında dələduzluq ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyimiz daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkar edir. Təhriflər dələduzluq ya səhvlər nəticəsində yarana bilər ayrılıqda yaxud məcmu olaraq istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik peşəkar şəffaflıq nümayiş etdiririk. Biz həmçinin:

=Maliyyə hesabatlarında dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk rəyimizi əsaslandırmaq üçün yetərli münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

=Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.

=İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.

=Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarırıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

=Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu məzmununu, habelə əsas əməliyyatların hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun ya qaydalarla yol verilmədiyi halda ya çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

"L.B.Audit Xidməti" MMC

("Leading Edge Alliance"in müstəqil üzvü).

L.Bayramova

Direktor-auditor

 

Ünvan: İnşaatçılar pr. 42/42, AZ1065, Bakı, Azərbaycan

28 mart 2023-ci il.