AQTA Qurban bayramı ilə bağlı brifinq keçirib
Digər xəbərlər

AQTA Qurban bayramı ilə bağlı brifinq keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinq keçirib. 20-yə yaxın media nümayəndəsinin iştirak etdiyi brifinq bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində görülən işlər, həmçinin qurbanlıq heyvan kəsimi və satışı ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə təşkil edilib. 23 iyun AQTA-dan verilən məlumatda bildirilir.

Brifinqdə bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Onlardan 80-də qurbanlıq heyvanların kəsimi və satışı, 46-da yalnız satışı, 12-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim ediləcək.

“Respublika”.