Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Gürcüstan Respublikasında keçirilən təlimdə iştirak edib
İQTİSADİYYAT

Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Gürcüstan Respublikasında keçirilən təlimdə iştirak edib

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkələrin idarə olunmasının təkmilləşdirilməsi Proqramı” çərçivəsində Gürcüstanın Kaxetiya bölgəsində cari ilin iyun ayında beynəlxalq ekspertlərin və qafqaz ölkələrinin nümayəndələrinin iştirakı ilə təlim keçirilib. 22 iyun Aqrar Xidmtlər Agentliyindən bildirilir ki, təlimdə 31 ölkənin nümayəndələri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin Bitkiçiliyin təşkili sektorunun müdiri İlham Bayramov və digər nümayəndələr iştirak edib. Təlimin keçirilməsində əsas məqsəd ilk dəfə olaraq çəyirtkələrə qarşı bioloji mübarizə üsulun tətbiqi istiqamətində Metarhizium acridum göbələk tərkibli yağ əsaslı toz şəkilində olan Novacrid biopreparatının bioloji səmərəliliyinin müəyyən edilməsi məqsədilə əyani olaraq sahə nümayişlərinin təşkilidir.

Yekunda sahə nümayişlərində nail olunmuş səmərəli nəticələrin müzakirəsinə dair dəyirmi masa təşkil edilmiş, beynəlxalq ekspertlərin və nümayəndələrin iştirakı ilə elmi-təcrübi fikir mübadiləsi aparılııb.

“Respublika”.