Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
İQTİSADİYYAT

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Dekabrın 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində AİH-in idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin birinci yarımilliyi üzrə fəaliyyət hesabatı, onların korporativ idarəetmə standartları, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin hüquqi-korporativ strukturunun təkmilləşdirilməsi və istiqraz buraxılışı, "Azərbaycan Hava Yolları" QSC-yə aid xüsusi əhəmiyyətli əqdin bağlanması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Tədbirdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar edilib olunub və AİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

AZƏRTAC